L.Badoyer: “Məni çətin sınaq gözləyir”

Luka Badoyer Formula1-də 56 Qran Pri keçirib, amma sonuncu dəfə italiyalı sürücü yarışda on il əvvəl starta çıxıb – 199-cu […]

Luka Badoyer Formula1-də 56 Qran Pri keçirib, amma sonuncu dəfə italiyalı sürücü yarışda on il əvvəl starta çıxıb – 199-cu il oktyabrın 31-də. Ondan sonra Luka testlərə cəlb olunub və test traslarında ən böyük məsafə qət etmiş sürücülərin cədvəlinə inamla başçılıq etməkdədir – təxminən 132 min kilometr. Valensiyada Badoyer Felipe Massanı əvəz etmək üçün əsas maşının sükanı arxasında oturacaq…

Luka Badoyer: “Motivasiyam böyükdür və bu imkandan istifadə etmək istəyirəm, hərçənd, bilirəm ki, məni çətin sınaq gözləyir. Cümə və şənbə sərbəst yürüşləri faktiki olaraq mənim üçün test olacaq, amma mən yarışda maksimum nəticə göstərməyə çalışacam.

Mən trasa çıxanda mənim fikrim Felipenin yanında olacaq – onun qəzasını görəndə mən çox qorxdum. Mən şadam ki, o sürətlə sağalır və ümid edirəm ki, tezliklə yarışa qayıdacaq.

Mən Mixael barədə də düşünürəm. Son həftələrdə biz bir yerdə məşq edirdik, mən bilirəm ki, o necə qayıtmaq istəyirdi, məşqlərdə necə çalışrıdı. Onun qərarı mənə Ferrari-nin sükanı arxasına oturmaq imkanı verdi, amma mən həqiqətən, təəssüflənirəm ki, o starta çıxa builməyəcək, axı biz yalnız dost deyilik – mən onun böyük azarkeşiyəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*