Laudanın həyat yoldaşı onun yaratdığı fondu məhkəməyə verib

Birgit Vetsingerin mərhum həyat yoldaşı tərəfindən qurulan fondu məhkəməəy verməsi ilə bağlı məlumatı Bild yayıb.
F-1.az xəbər verir ki, Lauda 1997-ci ildə – 2008-ci ildə evləndiyi və sonradan ona iki oğlunu dünyaya gətirən Vetsinger ilə görüşməzdən əvvəl mirasını ailə üzvləri arasında bölüşdürmək üçün fond yaradıb.
Birtinin məhkəməyə təqdim eddiyi iddianın məbləği təxminən 30 milyon avrodur. Qərara səbəb qadının maliyyə şərtlərindən narazı olması olub. Hazırda dul qadın fonddan hər ay 20 min avro, həmçinin Vyana və İbizada iki villanın saxlanması, qulluqçuların ödənişi, uşaqların təhsili və üç avtomobilin saxlanması üçün vəsait alır.
Xatırladaq ki, Niki Lauda 2019-cu il mayın 20-də böyrəklərində problem səbəbindən 71 yaşında vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*