F-1.az xəbər verir ki, Sky Sport-a müsahibə verən Lauda deyib: “Bəli, Toto ilə mübahisə etdik, Fettelin poulu udmasına 10 avro qoydum. Ferrari çox sürətli görünürdü, lakin şükür Allaha, Lyuis özünə xas olan dövrələrdən birini vurdu və poulu aldı. Təəssüf ki, Valtteri Sebastyana çox kiçik fərqlə məğlub oldu. Poul uğrunda gərgin mübarizə izlədik.
Ferrari qış testlərində yaxşı təsir bağışladı, ilk yarışda da qalib gəldi. İki komanda arasındakı rəqabət kəskinləşib. Biz sıralanmada daha sürətliyik, lakin sabahkı yarışın necə nəticələnəcəyini gözləməliyik”.