Latvala: Keçmişdən çıxardığımız dərslər bizi gücləndirdi

Toyota komandasının rəhbəri Hari-Matti Latvala bildirib ki, keçmişdən çıxardıqları dərslərə görə Safari Rallisində güclü olublar.

F-1.az xatırladır ki, yaponiyalı istehsalşı Keniyadakı Rallidə ilk 4 yeri tutub. Onlar keçən il də Safaridə ilk dördlüyü zəbt etmişdilər.

Hari-Matti Latvala: “Keçən il ilk dördlüyü tutanda düşündüm ki, bu hadisə 10 ildən bir baş verər. Ancaq bir ildən sonra yenidən bu uğura nail olduq. Onu deyə bilərəm ki, mükəmməl komandamız var. Maşınım həm güclü, həm də etibarlıdır. Ən əsası da sürətli getmək qədər lazım olanda yavaşlamağı bacaran, rallinin nə olduğunu anlayan, düzgün fəlsəfə ilə hərəkət edən sürücülərimiz var. Hamıya təşəkkür edirəm.

Keçmişdən çıxarılan dərslər, bundan başqa Toyota-nın 80-ci və 90-cı illərdəki uğurlu keçmişi bizi bu Rallidə daha da güclü etdi”.

Qeyd edək ki, Toyota komandası bu il 5 ralli qazanıb. bunlardan üçünü Sebastyen Ojye qazandığı halda, Kalle Rovanpera və Elfin Evans hərəyə bir qələbə əldə ediblər.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*