Latvala: GR Yaris-in mənfi cəhətlərini təkmilləşdirmişik

Toyota komandasının rəhbəri Hari-Matti-Latvala bildirib ki, GR Yarisdə bəzi sahələri təkmilləşdiriblər.

F-1.az xatırladır ki, Toyota keçən il çınqıllı rallilərdə çətinlik çəkirdi. Sardiniya komandanın podium qazana bilmədiyi iki rallidən biri idi. Ancaq maşın belə şəraitlər üçün daha yaxşı hala gətirilib. Toyota-nın bu il çınqıllı etapları olan rallilərdəki üstün performansı bunu göstərir.

Hari-Matti Latvala: “Keçən il burada bir az çətinlik çəkmişdik, amma o vaxtdan sonra GR Yaris-in çınqıllıqlardakı zəifliyini yaxşılaşdırdıq. Bunlar Meksika və Portuqaliyada yaxşı işlədilər.

Sariniya Portuqaliyadan daha isti olur. Bu il cümə günü Monte Lerno etapı demək olar ki, 50 kilometr olacaq. Etap 2014-cü ildən sonra belə uzun olmamışdı. Xüsusən də, etapın ikinci yarısında təkərə nəzarət çox vacib olacaq. Bu isə o deməkdir ki, Kalle Sardiniyada tozsoranlıq etdiyi üçün vaxt itirəcək. Ancaq Sebastyen və Elfin daha yaxşı yerdə olacaqlar. Ümid edirəm ki, qələbə uğrunda mübarizə apararlar”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*