Las Veqasda Qran Pri üçün tribunaların quraşdırılması başlanır

İyunun əvvəlində Las Veqasda noyabrın 18-nə planlaşdırılan yarış üçün müvəqqəti tribunaların qurulması başlanacaq.

F-1.az xəbər verir ki, təşkilatçılar iş qrafikini qəsdən uzadıblar ki, tikinti şəhərin və onun qonaqlarının həyatına minimal təsir göstərsin. Paddok artıq açılıb və tribunalar təxminən ayda bir dəfə müxtəlif yerlərdə qurulacaq.

Vanessa Antes, Las Vegas Qran Prisinin vitse-prezidenti: “Tezliklə biz qonaqların qəbulu üçün Koval Lane zolağı boyunca müvəqqəti obyektlərin tikintisinə başlayacağıq – əvvəlcə şimal hissədə, sonra cənubda.

İyunun 5-də biz şimal hissəsində, iyulun 5-də isə cənubda işə başlayacağıq – bu, Qran Priyə qədər noyabrda başa çatacaq davamlı proses olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*