Las Veqasda hamı F1-in lehinə səs verib

Mayamidə F1-in keçirilməməsində maraqlı olanlar var idi. Lakin bu il debüt edəcək Las Veqasda vəziyyət tam fərqli olub.

F-1.az xəbər verir ki, Klark əyalətinin komissiyası Formula1-in lehinə yekdilliklə səs verib. Müqavilənin 2032-ci ilə qədər uzadılması barədə razılıq əldə olunub, amma çoxları bunun daha uzun davam edəcəyinə əmindir. Hazırda promouterlər yarış hazırlıqlarını davam etdirirlər və yaxın zamanlarda bunlar başa çatmalıdır.

Ceyms B. Gibson, Komissiyanın sədri: “Formula1 ilə 3 illik müqaviləmiz var, lakin ən azı 10 il vaxt davam etməsini gözləyirik. Əminəm ki, bizim əvəzimizə gələcəkdə gələcək adamlar da eyni yolu gedəcəklər”.

Tədbirin təşkilatçıları iddia edirlər ki, birinci ildə yarışdan 1,282 milyard dollar gəlir gətirəcək ki, bunun da 966 milyon dolları tamaşaçıların xərclərindən formalaşacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*