F-1.az xəbər verir ki, damalı bayraqdan sonra trasda qalan sonuncu sürücü Rassell möhtəşəm nəticə (1:32.312) göstərərək Karlos Saynsı geridə qoyub.
Təkərlərin dəyişdirilməsindən sonra Şarl Lekler 1:32.783 ilə önə çıxsa da, komanda yoldaşı Sayns ondan 0.3 saniyə daha sürətli olmağı bacarıb. Lakin son həmlədə Rassell hamını geridə qoyaraq, Sayns və Pyer Qaslinin önündə yer almağı bacarıb. Fransalı sürücü gözəl çıxışı ilə Ferrari cütlüyünü ayırmağı bacarıb.
Ferstappen və Norris 3-cü cərgəni tamamlayıblar. Yuki Tsunoda 7-ci, Oskar Piastri 8-ci olublar. Niko Hülkenberq Rassellin nəticəsinə 0.750 saniyə uduzaraq 9-cu yeri tutub. Həmilton isə birinci cəhdində səhvə yol verdikdən sonra, ikinci sürətli dövrəsində də 4-cü döngədə trası tərk edib və nəticəsi ləğv olunub. Q2-də vurduğu dövrə ilə 3-cü yeri tutmaq şansı olan sürücü, sadəcə, 10-cu yerlə kifayətlənib.
Q2 Franko Kolapintonun 16-cı döngədə ciddi qəzası ilə başa çatıb. Qəza anında əksər sürücülər artıq son dövrələrini başa vurmuşdular. Gənc sürücü əvvəlcə daxili baryerlərə toxunub, sonra şiddətlə əks divara çırpılıb. Maşın ciddi zədələr alıb, komandanın isə təmir xərcləri artıb.
Esteban Okon irəliləyə bilməyib, komanda yoldaşı Qasli isə son anda Kevin Maqnusseni geridə qoyub. Quanyu Çjou mövsümdə nadir hallarda Q2-də iştirak edib, amma bu dəfə 13-cü ola bilib. Kolapinto qəzadan əvvəl 14-cü nəticəni göstərib. Liam Louson son dövrəsini tamamlamadan boksa qayıdıb və 15-ci qalıb.
Serxio Peres yenə Q1-dən çıxa bilməyib, Red Bull maşınının təkərlərin mexaniki ilişmə problemi yaşadığını bildirib. O, 16-cı sıradan start alacaq. Fernando Alonso da Q1-i keçə bilməyib. Aston Martin-lərin heç biri uğur qazana bilməyib, belə ki, Ləns Stroll da yavaş olub.
Aleks Əlbon və cərimə alan Valtteri Bottas da ilk mərhələdə ələniblər. Bottas yarışa sonuncu sıradan başlayacaq.