F-1.az xəbər verir ki, Lando Norris artıq keçmiş komanda yoldaşından çox şey öyrəndiyini söyləyib.
Lando Norris: “Daniel ilə çıxış etmək şərəf idi. Həm də çox əyləncəli idi, çünki o, paddokda rastlaşdığım ən gülməli və mehriban uşaqlardan biridir.
Danieldən çox şey öyrənə bildim. Yarışa yanaşması və zehniyyəti ona ən çətin anları keçməyə, güclü olmağa və özünə inanmağa kömək edirdi.
Formula1-ə ilk dəfə gələndə psixoloji problemlərim var idi, lakin Danielin sayəsində son bir neçə il ərzində onların öhdəsindən gəlməyi öyrəndim. Üstəlik, mən onun avtomobili necə idarə etdiyini, sürmə stilini belə ondan oğurladım. Mən Danielin hansı aspektlərdə yaxşı olduğunu gördüm və onun yanaşmasını mənimsəməyə çalışdım.
Ondan öyrənmək asan deyildi, amma mən yekunda daha yaxşı oldum, bu, mənim üçün, sözsüz ki, daha yaxşıdır”.