F-1.az xatırladır ki, Ferrari komandasının sabiq rəhbəri olan Stefano Domenikali 2016-cı ilin martından etibarən Lamborghini-nin idarə heyətinin rəhbəri təyin olmuşdu. İtaliyalı rəhbər vəzifəsini icra etməyə başladıqdan sonra Lamborghini-nin Formula1-də iştirak edəcəyi ilə bağlı dedi-qodular artmağa başlamışdı.
51 yaşlı Domenikali bildirib ki, şərtlər imkan versə, Formula1-də iştirak edə bilərlər: “Ürəyimin ən həssas yerinə toxunursunuz. Sizə qarşı dürüst olacam. Bu gün üçün fərqli planlarımız var və onlara fokuslanmalıyıq. Bəs sabah? Avtoidman həmişə Lamborghini-nin əsas bir hissəsi olacaq və platforma dəyişəndən sonra niyə Formula1-ə girməyək? Hazırda orada mübarizə aparmaq maliyyə cəhətdən bizə əlverişli deyil. Əgər bu sahədə bir dəyişiklik olsa, nəzərə alacağıq”.