LADA ölkəmizdə mövqeyini möhkəmlədir – yeni diler mərkəzi açılıb

Şəxsi nəqliyyat vasitələrinin sayına görə Azərbaycan aparıcı Qərb ölkələrindən geri qalmır. Azərbaycanlı avtomobil həvəskarı maşınlar haqqında çox şey bilir və ən yaxşı dünya modellərinə üstünlük verir.

Buna görə, Bakı küçələrində şütüyən çox sayda maşın arasında ən çox rast gəlinənlər VAZ modelləridir, üstəlik, nəinki uzun müddət tanınmış və vaxtla sınanmış modellər, eləcə də müasir modellər. Demək olar ki, hər bir Azərbaycan avtomobil həvəskarının keçmişi, bu günü və gələcəyi ənənəvi olaraq AvtoVAZ məhsulları ilə bağlıdır.

1990-cı ildə Bakıdakı avtomobillərin təmiri və texniki xidməti üçün VAZ Xüsusi Avtomobil Mərkəzinin bazasında Xəzər-Lada ASC təsis edildi, o vaxtdan bəri AvtoVAZ ASC-nin baş idxalçısı və rəsmi distribyutoru olan Xəzər-Lada ölkəmizdə VAZ avtomobillərinin idxalı, paylaşımı, satışı və qulluq xidməti ilə məşğuldur.

Bir neçə gün əvvəl Bakıda yeni rəsmi LADA diler mərkəzi açılıb. Yeni avtomobil mərkəzinin açılış mərasimində LADA-nın İxrac üzrə icraçı direktoru Maks Missana və Xəzər-Lada ASC-nin rəhbərliyi iştirak edib.

Yeni LADA diler mərkəzi şəhər formatında təşkil olunub və ticarət mərkəzində yerləşir. Avtomobil mərkəzinin salonunda 6 nümayiş avtomobili yerləşdirilib, arxada isə xidmət zonası yer alıb: müştərilər üçün, eləcə də test-drayv avtomobilləri üçün dayanacaq yeri mərkəzin önündədir.

Yeni diler mərkəzi vizual eyniləşdirmə və daxili dizayn, eləcə də müştəri xidmətləri prosesi baxımından LADA brend standartlarına tam uyğundur. Diler mərkəzi Bakı-Sumqayıt yolunun 13-cü km-də yerləşir.

Azərbaycan LADA üçün əsas ixrac bazarlarından biridir. Yeni avtomobil mərkəzindən əlavə, daha iki LADA dilerliyi fəaliyyət göstərir, mərkəzlərdə müştərilərə avtomobil kreditləri, avtomobil sığortası, lizinq və trade-in daxil olmaqla bütün xidmətlər təklif olunur.

Diler şəbəkəsinin genişlənməsi LADA markasının bazarda lider mövqeyini qorumağa kömək edəcək və LADA avtomobillərinə artan tələbatı qarşılayacaq. Belə ki, 2019-cu ilin sonuna Azərbaycanda satış 40% artaraq 1600 avtomobil təşkil etdi.

LADA-nın İxrac üzrə icraçı direktoru Maks Missana saytımızın suallarını cavablandırıb.

AutoMotorSport.AZ: Statistikaya görə, Qazaxıstan AvtoVAZ üçün ən vacib ixrac bazarıdır. Lada yeni modellərinin bazara çıxması il’ yaxın gələcəkdə daha hansı ölkələr prioritet olacaq?

Max Missana: Birincisi, qlobal olaraq, ixrac və satış baxımından, biz indi çox sürətlə inkişaf edirik. Son üç ildə satışlarımızı üç dəfə artırdıq və keçən il 50 min avtomobilə çatdıq.

İxrac strukturunu götürsək, bunlar əsasən MDB ölkələridir: bu, ilk növbədə möhkəmləndirdiyimiz təməlimizdir. Statistikaya baxsaq görərik ki, 2019-cu ildə LADA Belarusiyada birinci oldu və siz Qazaxıstanın hesabı ilə bağlı haqlısınız. Özbəkistanda, Azərbaycanda istehlak səviyyəsini artırmaqda maraqlıyıq.

Bu vəziyyətdə bazarlarımızı sevimli və sevilən ölkələrə ayırmırıq. Azərbaycanda biz də çoxdan birinci olmuşuq. Buna görə də bütün ölkələrə eyni münasibət göstəririk. Daha çox şey edə biləcəyimiz bazara baxırıq, sonra edirik.

İkincisi, əhali baxımından Rusiyadan başqa bütün MDB ölkələri, demək olar ki, Rusiya kimi 145 milyon nəfərdir. Ancaq bugünkü Rusiya bazarı 1.7 milyon avtomobildir və bütün digər MDB ölkələrinin bazarı isə cəmi 400 min avtomobildir. Bu potensial bizim satış fəlsəfəmizdir. Buna görə də Azərbaycanda olmaq bizim üçün böyük prioritetdir.

Üçüncüsü, biz yalnız MDB-də dayanmırıq, Yaxın Şərqdə, Afrika ölkələrində, xüsusən də Misirdə çox yaxşı inkişaf edirik. Cənubi Amerikada kiçik bir işimiz var, amma çox uzaq olduğu üçün inkişaf etmək çətindir. Ancaq müəyyən ambisiyalarımız var.

AutoMotorSport.AZ: Formula 1 çempionatında Renault Sport komandasında uğur qazanmaq üçün lazım olan hər şey var, sizcə, zavod komandasının çempionata qayıtdıqdan sonra bu il ilk qələbəsini  və ya podiumunu göəcəyik?

Maks Missana: Mən və başqaları ürəkdən arzulayırıq ki, podiumlara çıxsınlar və ilk qələbələrini qazansınlar. Ancaq bunu etmək çox çətindir. İndi əsas vəzifə top-komandaları – Ferrari, Mercedes və Red Bull-dan geri qalmamaqdır, fərqi azaltmaqdır. Ancaq ümid edirik ki, bu mövsüm podiumları görəcəyik və ümid edirəm ki, bu, Bakıda baş verəcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*