Leo Turrini: “Yeni heç nə deməyəcəyəm, amma hər halda, üzr istəyirəm – çox səhv etdik. Bu hekayədə xoşbəxt son yox idi. Heç hekayə də yoxdur. Biz çox yanıldıq, biz əsl islah olunmaz romantiklərik”.
Xatırladaq ki, Mik 2019-cu ildə Gənc Sürücülər Proqramı vasitəsilə Ferrari-yə qoşulub və akademiyanın sürücüsü kimi Prema komandası ilə Formula2-də iki mövsüm keçirib. Üç yarışda qalib gəlib və 2020-ci ildə çempion olub. Növbəti il o, Haas ilə F1-də debüt edib. İki il komandanın şərəfini qoruyub – 43 yarışda start alıb və bu yarışlarda ümumi 12 xal toplayıb. Bundan əlavə, Mik 2022 Formula1 mövsümü üçün Ferrari-nin ehtiyat sürücüsü olub..
Qeyd edək ki, Mik karyerasını Mercedes-də ehtiyat sürücü kimi davam etdirəcək.