L.Turrini: Növbəti yarışların şübhələri aradan qaldırmasını istəyirəm

İtaliyalı veteran yarış jurnalisti Leo Turini sevimli Ferrari komandasının nəticələrindən çox narahatdır.

F-1.az xəbər verir ki, Monrealda Şarl Lekler və Serxio Peresin dördüncü və beşinci yerləri tutması Leonu bir qədər sevindirib.

Leo Turrini: “Deyə bilərik ki, Ferrari irəliyə doğru getdi – bu, dayanmaqdan daha yaxşıdır. Maks Ferstappendən başqa (Onun Serxio Peresi necə məhv etdiyi haqda heç nə deməyəcəyəm) podiuma Lekler və Sayns yox, Alonso və Həmilton çıxıblar. Fernando və Lyuisə Bravo, həmçinin Williams avtomobilinin sükanı arxasında yaxşı sayıla biləcək nəticələr əldə edən Aleks Elbona.

Buna baxmayaraq, Ferrari-nin işləri yaxşı getdi. Mövsümdə ilk dəfə SF23 təkərləri məhv etmədi və strategiya nəhayət düzgün oldu. Çox xəstə olduğunuz zaman, temperaturun aşağı düşməsi rahatlama üçün bir səbəbdir.

Ancaq yenə də Monrealdakı trasın atipik xüsusiyyətləri nəticəyə nə dərəcədə təsir göstərdiyini soruşmaq yerinə düşər İstərdim ki, iyulda keçiriləcək dörd Qran Pri bu məsələ ilə bağlı bütün şübhələri aradan qaldırsın.

Bundan əlavə, şənbə günü keçirilən sıralanma turunda baş verən xoşagəlməz vəziyyətlərdən xilas olmaq istərdim. Bəzi şeylər Ferrari üçün deyil. Ən azı sadəlövhcəsinə təsəvvür etdiyim Ferrari üçün…”

Xatırladaq ki, Ferrari dünənki yarışda Red Bull-dan sonra ən çox xal toplayan komanda olub və hazırda Mühəndislər Kubokunda dördüncü yerdədir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*