L.Turrini: Lekler Mercedes ilə danışıqlar aparır

Tanınmış italiyalı jurnalist bildirib ki, Ferrari-nin monakolu sürücüsü gələcəkdə Mercedes-ə keçməyi ciddi şəkildə düşünür.

F-1.az xəbər verir ki, hətta Leo gənc sürücünün artıq almanlarla danışıqlar apardığını da düşünür.

Leo Turrini: “Leclerc Mercedes-lə danışıqlar aparır, bu aydın məsələdir. Bu haqda hamı bilir, o cümlədən Maranellodakılar. Lekler zamanın getdiyini başa düşür və bilir ki, Lyuis Həmilton ayrılmaq qərarına gəlsə, Mercedes Corc Rassellə yoldaş olmaq üçün çempion səviyyəli sürücü almaq istəyəcək”.

Qeyd edək ki, Şarlın Ferrari ilə hazırki müqaviləsi 2024-cü ilin sonunda başa çatır. Lyuisin müqaviləsi isə bu mövsümün sonuna qədərdir və Mercedes-in monakolu ilə maraqlandığı barədə dəfələrlə şayiələr gəzib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*