L.Turrini: Fransız pasportu Vassyörü Todt etmir

F-1.az xəbər verir ki, Maranellodakı vəziyyətə yaxşı bələd olan nüfuzlu italyan jurnalist Ferrari komandasının rəhbəri postuna Frederik Vassyörin təyin olunmasını şərh edib.

Leo Turrini: “İndi rəsmidir – Maranelloda Frederik Vassyörin dövrü başlayır. Bu məsələ ilə bağlı fikrimi bilirsiniz, çünki mən Con Elkann və Benedetto Vinyanin belə bir addım atacağını qabaqcadan görmüşdüm. Yeni Jan Todt olmaq üçün bir fransız pasportu kifayət deyil. Mattia Binottoya hörmət olaraq, onun komandadan ayrılmasından sonra xələfinin adının hallanmasını istərdim.

Ən azından Vassyörin komandada xoş qarşılana biləcəyi aydındır. Frederik yarış mütəxəssisidir və ona yeni avtomobil miras qalıb ki, bu da pis nəticələr zamanı həm bonus, həm də alibi ola bilər. O, iki mindən çox adama, əlavə olaraq iki sürücüsü olan komandaya rəhbərlik etməli olacaq. Sürücüləri idarə etməli, pit divarında inqilab yaratmalı, kommunikasiya boşluqlarını aradan qaldırmalı, siyasi çəkisini bərpa etməli və nəhayət, 15 ildir məğlub olan komandaya qalib gələn zehniyyəti qaytarmalı olacaq. Uğurlar arzulamaqla yanaşı, Vassyörə Lurda getməsini təklif edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*