F-1.az xatırladır ki, almaniyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda başa çatır və bəzi mütəxəssislər iddia edirlər ki, dördqat Dünya Çempionu 2020-ci il mövsümündən sonra karyerasını bitirəcək ya da başqa komandaya keçəcək.
Leo Turrini: “Ferstappen Red Bull-la çoxillik müqavilə yenilədikdən sonra inanmıram ki, Fettel 2020-ci ildən sonra Ferrari-dən getsin. İtaliya mətbuatının sözləri Fettelə təsir etmir, çünki o, italyanların yazdıqlarını oxumur. Trasdakı səhvləri hiss etdiyi təzyiqdən qaynaqlanmır”.