L.Turrini: Ferrari və Mercedes tam güclə işləmədi

İtaliyalı Formula1 jurnalisti Leo Turrini düşünüt ki, Ferrari və Mercedes testlərdə motoru tam açmayıb.

F-1.az xatırladır ki, qış testlərinin ən güclü komandaları Ferrari, Mercedes və Red Bull olub.

Leo Turrini: “Red Bull ilk yeniliyini şənbə günü istifadə elədi və Helmut Marko düşünür ki, artıq onlar Ferrari-yə yaxındırlar. RB18 hələ də ən ağır maşındır, amma getdikcə güclənirlər.

W13 Isə ekstremal maşındır. Son yenilikləri qaydalara uyğun olsa da, Ross Braun buna çox təəccübləndi. Motoru tam açmayaraq, güclərini gizlətdilər. Buna görə də onları ciddiyə almaq lazımdır. Dalğalanma problemi yaşayırlar. Bu təkcə performansa yox, sürücülərin boynuna da zərər verir. Lakin onlar yeni altlıqla bu problemi aradan qaldıra bilərlər

Ferrari isə qayğısız idi. Sayns və Lekler fərqli formada işlədilər. Sayns yarış tempində işlədiyi halda, Lekler Soft təkərlərin performansını yoxlayırdı. Maşını yüngül çənlə sürmədilər və motorun gücünü göstərmədilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*