F-1.az xatırladır ki, “qırmızılar” bu il son yarışlara heç yenilik gətirməyiblər. Binotto buna səbəb olaraq büdcə limitinə çatdıqlarını və pullarının olmadığını demişdi.
Lakin Turrini belə düşünmür: “Yeni maşında əksər sahələrdə yeniliklər olacaq. Məqsəd sazlanma seçimini genişləndirmək və güc qurğusundan maksimumu almaqdır. Əgər Ferrari bu məqsədlərinə çatsa, yeni mövsümdə üç komanda arasında mübarizə görə bilərik”.