F-1.az xatırladır ki, “qırmızılar” mövsümə pis başlayıb. Bundan sonra komandanın baş konstruktoru David Sançez istefa verib.
Leo Turrini: “Sançez McLaren-ə gedə bilər.
Frederik isə çox güclü rəhbərdir və Ferrari-ni istədiyi kimi idarə edəcək. İşi onsuz da budur. Fərqli vəzifələrdə olan adamlar komandadan getdilər. İndi növbə Sançezdədir. Binotto ilə işləyən adamların orada qalacağına inanmıram. Ad çəkməyə ehtiyac yoxdur. Özünüz tapacaqsınız.
Komandanın yeni lideri var və tezliklə yaxşı nəticələr qazanmaq istəyir. İstəyir ki, ətrafında inandığı adamlar olsun. Sançez bu siyahıda yox idi”.