F-1.az xatırladır ki, Stroll Formula1 karyerasının ilk yarışı Avstraliyada bərbad sıralanma turu keçirərək sonuncu olmuş və yarışı əyləc probleminə görə vaxtından əvvəl dayandırmışdı.
Mövsümün ikinci yarışı Çində isə 18 yaşlı sürücü sıralanma turunda əla performans göstərərək onuncu olsa da, startda Pereslə təmas etdiyi üçün növbəti dəfə yarışı bitirə bilməmişdi.
Ləns Stroll: “İnkişaf etdiyimi düşünürəm. Cümə günü yağışa görə trasa çıxa bilmədik. Çində əvvəllər yarışmamışdım. Sadəcə sonuncu sərbəst yürüşlərdə bir neçə dövrə vura bildim. Sonra sıralanma turuna keçdik və son sessiyaya qalaraq 10-cu yeri tutdum. Bu, mənim üçün böyük inkişafdır. Yeni sükan sistemi də mənim uğuruma kömək etdi.
Formula1 mənim üçün hələ yenidir. Bütün detalları anlamaq istəyirəm. Bunun üçün bəzən bir yarış bəs edir. Boliddə özümü get-gedə yaxşı hiss edirəm. Çinə yenidən qayıtsam və Avstraliyada yenidən başlasam, hər şey fərqli olardı.
Çində yarışı bitirə bilmədim. Buna görə məyusam. Səbəbinə görə yox. Təkrarlara baxdım və yarış qəzası idi. Bu barədə çox danışmaq lazım deyil. Serxioya əsəbləşməmişəm. Bu hadisəni unutdum. Bəhreynə fokuslanıram”.