F-1.az xatırladır ki, kanadalı sürücü Meksikadakı sıralanma turunda 16-cı olub.
Ləns Stroll: “Məyusam. Rəqabətədavamlı görünürdük. Sərbəst yürüşlərdə yağışlı havada tempimiz daha yaxşı idi. Buna görə də zəif yönlərimizi tapmalıyıq. Sıralanma turundan əvvəl sazlanmalarda dəyişikliklər etdik. Lakin istədiyimiz balansı tapa bilmədik və geridə qaldıq. Bolidi işlədə bilmədim. Asfaltla ilişmə və balans yox idi. Əsəblərim pozuldu. Bizi uzun yarış gözləyir. Ümid edirım ki, hər şey yaxşı olar”.