L.Stroll: Yer effektli maşınlar yaxşı yarış təmin edir

Aston Martin komandasının sürücüsü Ləns Stroll xalsız keçən yarışlardan sonra yenidən onluğa qayıtmaq istəyir.

F-1.az xatırladır ki, kanadalı sürücü sonuncu dəfə vətənində xala sevinib.

Ləns Stroll: “Pol Rikar müxtəlif döngələrinə və dövrənin sonuna doğru olan labirinti ilə çətin trasdır. Builki yer effektli maşınlar daha yaxşı yarış təmin edir. Ümid edirəm ki, azarkeşlərə yaxşı şou təqdim edərik. Bundan başqa Aston Martinin 100-cü ildönümünə görə xüsusi yarış olacaq. Ümid edirəm yaxşı nəticə alarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*