F-1.az xatırladır ki, Ləns Stroll bu ildən etibarən Williams komandasında Felipe Massanın komanda yoldaşı olacaq. Kanadalı peletonda ən gənc sürücü olacaq.
Ləns Stroll: “Hazırda heç bir hədəf təyin etməmişəm. Əvvəlcə bolidi və nələr edə biləcəyimizi anlamalıyıq. Buna görə də özümə hədəf qoymaq doğru olmaz. Əvvəlcə özümə fokuslanmalıyam. Bütün yarışları təhlil edəcəm. Bu, mənim üçün yeni təcrübədir və hazır olmalıyam. Bolidə oturub, hansı sahələrdə inkişaf edə biləcəyimi görməli və bunların üzərində işləməliyəm. Williams komandasında çıxış etmək karyeram üçün yaxşı olacaq. Buraya bir neçə illik gəlməmişəm. Williams-da uzun illər qalıb, çoxlu uğur qazanmaq istəyirəm. Ümid edirəm ki, karyeram yaxşı başlayar”.