L.Stroll: Yaxşı xallardan oldum

Racing Point komandasının sürücüsü Ləns Stroll mühərrik problemi yaşadığı üçün mübarizəni dayandırıb.

F-1.az xatırladır ki, kanadalı sürücü yarışa 9-cu yerdən başlasa da, 21-ci dövrədə bolidini boksda saxlamağa məcbur olub.

Ləns Stroll: “Güc itirməyə başladım. Sazlanmaları dəyişərək bunu həll etməyə çalışsaq da, alınmadı və yarışdan çəkilməli oldum. Problemlə maraqlanacağıq və növbəti həftə daha güclü formada qayıdacağıq. Ancaq bu gün yaxşı xallar qazana bilərdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*