F-1.az xatırladır ki, Williams komandası bu gün sıralanma turunda iki sürücü ilə son sessiyaya qalıb. Komandanın təcrübəli sürücüsü Felipe Massa 6-cı olduğu halda, 18 yaşlı Ləns Stroll qənaətbəxş performansla 10-cu yeri tutub.
Ləns Stroll: “Bugünkü məqsədim sıralanma turunda son sessiyaya qalmaq idi. Buna nail olduğum üçün çox sevincliyəm.
Sabah böyük ehtimalla yağışlı havada ilk yarışım olacaq və nələr olacağını həyəcanla gözləyirəm. Ümid edirəm ki, gözəl nəticə qazanaram. Qətiliklə deyə bilərəm ki, qarışıq bir yarış olacaq. Bu gün boliddə çox rahat idim və sürüş cəhətdən özümü Formula3-dəkindən daha yaxşı hiss etdim.
Hazırda belə görünür ki, ən sürətli 4-cü komandayıq və bunu da aldığımız xallara da əks etdirməliyik. Renault, Haas və Force İndia-nı diqqət mərkəzində saxlamalıyıq”.