F-1.az xatıradır ki, kanadalı sürücü sıralanma turunda 16-cı yeri tutsa da, Alonsonun cəzasına görə yarışa 15-ci yerdə başlayacaq.
Ləns Stroll: “Bu gün ilk dəfə yağışda F1 bolidiylə yarışdım və həzz aldım. Əvvəl bir az yağış var idi və sonra tras qurudu. Daha sürətli gedə bilməzdim və rəqiblərimiz quru hava təkərlərinə keçirdi. İkinci sessiyaya qala bilmədiyimə görə məyusam. Görək yarışda nə olur. Bolidimiz quru havada çox sürətlidir. Məncə, yarışda yüksələcəyik”.