L.Stroll: “Yağışda sürmək gözəl idi”

Sıralanma turunda göstərdiyi mükəmməl performansla ikinci olan Ləns Stroll çox xoşbəxt olduğunu deyib.

F-1.az xatırladır ki, kanadalı sürücü 4-cü yri tutsa da. Red Bull sürücülərinin cəzasına görə yarışa ikinci yerdən başlayacaq. Beləliklə, 18 yaşlı sürücü Maks Ferstappenə aid olan “ən gənc ilk cərgədən başlayan sürücü” statusunu da əldə edib. Stroll hollandiyalı sürücünü 23 gün ilə qabaqlayıb.

Ləns Stroll: “Qürurluyam. Həzz aldım. Son həftələrdə sıralanma turlarında çox problem yaşayırdıq. Amma bu gün hər .ey bir araya gəldi. Çox yaxşı idi. Bolidi sürmək gözəl idi. Əvvəllər yağışlı havada işləməmişdim. Bu ilk təcrübəm idi və əla nəticə göstərdim. Yarışa ilk cərgədən başlayacam və yaxşı nəticə üçün əlimizdən gələni etməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*