F-1.az xatırladır ki, kanadalı sürücü Malayziyada sıralanma turunda 13-cü yeri tutub.
Ləns Stroll: “Məncə, komanda yaxşı iş gördü. Təkərlər soyuq olduğu üçün ilk sektorda bir az vaxt itirdim. Daha yaxşı nəticə göstərə bilərdim. Yarışda yağış yağsa, bizim üçün əla fürsət yaranacaq və bundan istifadə edə bilərik. Quru trasda isə hər şey yarışdakı şəraitdən asılı olacaq. Buradakı ilk döngə qəribədir. İşimizə fokuslanmalıyıq. Xal almaq üçün əlimizdən gələni edəcəyik. Uzun və isti yarış olacaq”.