F-1.az xatırladır ki, xaotik keçən Azərbaycan yarışında problemlərdən uzaq duran Stroll yarışın böyük hissəsində 2-ci olsa da, son metrlərdə Bottasa keçilərək üçüncülüyə razı olub.
Ləns Stroll: “Çox gərgin yarış idi. Komanda radioda məndən sakit olmağımı istədi. Yekunda ikinciliyi itirsəm də, əla yarış idi. Arxa təkərlərim tamamilə yeyilmişdi və buna görə də bilirdim ki, performansımı davam etdirmək çətin olacaq. O təkərlərlə yaxşı dövrələr göstərmək çətin idi. Valtteri məndən sürətli idi. Lakin podiumdayam və havada uçuram”.