F-1.az xatırladır ki, kanadalı sürücü bugünkü yarışa 10-cu yerdən başlayacaq.
Ləns Stroll: “Sıralanma turundakı performansımıza görə sevincliyəm. İkinci sessiyada əla dövrə vurdum. Amma üçüncü sessiyada son sektorda səhv elədim və məyusam. Yenə də 10-cu yerdəyik və xallar uğrunda mübarizə apara bilərik.
Yeni traslarda müəmmalar çox olur. Buna görə də fürsətlərdən istifadə etməliyik. Mən özümü hazır hiss edirəm”.