F-1.az xatırladır ki, Stroll keçən il Williams komandasına developer pilot kimi qoşulub. Amma bu transfer hamını təəccübləndirmişdi, çünki Stroll Williams komandasına transfer olmaq üçün Ferrari Sürücü Akademiyasından imtina etmişdi.
Amma kanadalı sürücü düşünür ki, Williams komandası onun karyerası üçün daha uğurlu olacaq: “Bura gəlməyimin çox səbəbi var. Bunlardan biri Williams-ın keçmişidir. Onlar keçmişdə Formula1-də yarışmaq üçün debutant sürücülərə şans verirdilər. Bizim üçün bu önəmlidir, çünki Ferrari-nin ənənəsi fərqlidir. Onlar çempionluq mübarizəsi aparmaq üçün veteran sürücüləri seçirlər.
Williams bizim axtardığımız komandadır və onlar bizi yaxşı qarşıladılar. Onlarla iyul ayından danışıqlara başladıq və düşündük ki, Williams-da özümüzü evimizdəki kimi hiss edəcəyik.
Ferrari komandasında da özümü evimdəki kimi hiss edirdim, amma Williams mənə developer pilotluq təklif etdi. Bu il köhnə F1 bolidi ilə işləyəcəm. Bu məni həyəcanlandırır.
Ferrari və Williams fərqli dünyalardır. Ferrari-də daha çox idman zalında vaxt keçirirdik və zehni cəhətdən inkişaf etmək üçün çalışırdıq. Williams-da bunlar yenə var. Amma burada simulyatorda da işləyəcəyəm və QP-lərdə daha çox vaxt keçirəcəm.
Williams-da hiss edirəm ki, mən hazırda işin içindəyəm. Ferrari-də isə proqramın bir parçası idim. Ümumilikdə Williams mənim karyeram üçün daha əlverişli olacaq”.