F-1.az xatırladır kanadalı sürücü debüt mövsümündə 40 xal toplayıb və təcrübəli komanda yoldaşı Massadan cəmi 2 xal geri qalır.
Ləns Stroll: “Hələ inkişaf etməliyəm. Təbii ki, 10 ballıq sistemdə özümə 10 bal verə bilmərəm. Amma 8.5 bal verə bilərəm. Beşinci yeri qorusaq, hər şey yaxşı olar. Sıralanma turunda özümü təkmilləşdirməliyəm. Daha yaxşı pilot olmaq üçün çalışıram və gələn il eyni səhvləri təkrarlamayacam.
Jakın dediklərinə qulaq asmıram. O, həmişə belə danışır və artıq bunu normal qəbul edirəm. Kiminsə fikri mənə vacib deyil. Hələ çox gəncəm və qarşımda uzun illər var. Məqsədim Formula1 üzrə Dünya Çempionu olmaqdır”.