F-1.az xatırladır ki, kanadalı sürücü ilk 5 yarışda xal üzünə həsrət qalıb.
Ləns Stroll: “Hazırda lazımi qədər təcrübəm yoxdur, amma özümə güvənirəm. Növbədə çoxlu yarışlar var və hər yarış özümü daha yaxşı hiss edirəm. Vaxt keçdikcə gözəl nəticələrin gələcəyinə inanıram. Aşağı seriyalarda özümü hamıya isbat edə bildim. Yarışdığım müddətdə məqsədim həmişə qələbə olub. Təbii ki, Formula1-də işlər elə də bəsit olmur. Komanda olaraq inkişafa edərək, ən sürətli 4-cü komanda olmağa çalışacağıq. İnsanlar məndən möcüzə gözləsələr də, bu mümkünsüzdür. Belə alınmır. Adaptasıya prosesini geridə qoymağa çalışırıq. Ümid edirəm ki, mövsümün sonunda hər şey yaxşı olar”.