F-1.az xatırladır ki, 18 yaşlı sürücünün atası Lourens Stroll oğlu Lənsin Formula1-ə yaxşı hazırlaşması üçün 80 milyon dollarlıq test proqramı təşkil edib.
Ləns uzun müddətdir ki, Williams-ın 2014-cü il bolidi ilə fərqli traslarda testlər edir və Formula1-ə ən yaxşı formada hazırlaşır. Kanadalı sonuncu dəfə Malayziyada test edərək, təcrübəsini bir az da artırıb. Gənc sürücü fevral ayında Barselonada keçiriləcək mövsümöncəsi testlərdən əvvəl Asiyada yerləşən iki fərqli trasda da testlər edəcək.