L.Stroll: “Tənqidlərə sadəcə gülürəm”

Williams komandasının sürücüsü Ləns Stroll bildirib ki, ona yönələn tənqidlər gülməlidir.

F-1.az xatırladır ki, kanadalı sürücü mövsümə çox pis başlamış və mövsümün ilk 3 yarışında finiş görə bilməmişdi. 18 yaşlı sürücü son iki yarışda damalı bayrağı görsə də, xal üzünə həsrət qalıb.

Ləns Stroll: “İlk yarışıma çıxanda üzərimdə təzyiq çox idi və artıq bunu azaltmışam. Hər yarışdan sonra haqqımda danışan insanlar olur, lakin bunlar mənim üzərimdəki təzyiqi artırmır. Bəzilərinə isə gülürəm.

Formula1-ə gələnə qədər aşağı seriyalarda çempionluqlar yaşadım. Buraya sadəcə pulumun hesabına gəlməmişəm. Uğurlarımın gözardı edilməsi doğru deyil. Bəli, ilk 5 yarış mənim üçün çətin keçdi, amma bu normal haldır. Mən əlimdən gələnin ən yaxşısını etməyə davam edəcəm. Uğurlu nəticələr tezliklə gələcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*