L.Stroll: “Təkər seçimi doğru deyil”

Barselona Qran Prisinin sıralanma turunda pis performans göstərərək, ikinci sessiyaya qala bilməyən Stroll nəticəyə görə məyusdur.

F-1.az xatırladır ki, 18 yaşlı sürücü Rusiya yarışına 11-ci yerdən başlasa da, İspaniyada yenə də uğursuzluğa düçar olub.

Ləns Stroll: “Asfaltla ilişmədə problem yaşadım. Felipeyə nisbətən çox pis dövrə vurdum. Rəqiblərimin yaxşı dövrələr vurması ilə birinci sessiyada ələndim. Həftəsonu pis başladı və indi də belə davam edir. Təkərləri işlətmək də çətinləşib. Buraya UltraSoft və ya SuperSoft təkərləri gətirmək daha yaxşı olardı. Ümid edirəm ki, yarışda daha güclü olub xallar qazanaram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*