L.Stroll: Ən sürətli ikinci komandayıq

Racing Point komandasının sürücüsü Ləns Stroll bildirib ki, RP20 ən sürətli ikinci maşın ola bilər.

F-1.az xatırladır ki, Serxio Peres sonuncu Ştiriya yarışına 17-ci yerdən başlasa da, 5-ci yerə qədər yüksələ bilib. Lakin Aleksander Elbonla mübarizə apararkən meksikalı sürücünün ön qanadı qırılıb və 6-cı yerə geriləyib. Ləns Stroll isə 14-cü başladığı yarışı 7-ci yerdə bitirib.

Ləns Stroll: “Ştiriyada ən sürətli ikinci komanda olduğumuza inandım. Bəlkə də, üçüncü idik. Renault-dan, McLaren-dən və digər rəqiblərimizdən sürətli idik. Yarış ikimizçün də pis başladı. Serxio 17-ci yerdən başlasa da, yaxşı nəticə qazandı. Yarışdan əvvəl bu nəticələri alacaqsınız desələr, inanmazdım.

Yarışın bəzi hissələri mənimçün əsəbpozucu idi. Rikkardonun arxasında ilişob qaldım, amma tempimiz yaxşı idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*