L.Stroll: “Sürətli döngələrdə geridə qalırıq”

Williams komandasının sürücüsü Ləns Stroll bildirib ki, sürətli döngələrədə istədikləri balansı tapa bilməyiblər.

F-1.az xatırladır ki, Azərbaycan yarışında karyerasının ilk podiumunu qazanaraq, Formula1 tarixinin ən gənc poul qazanan debütantı olan 18 yaşlı sürücü Avstriyada sıralanma turunda 18-ci ola bilib.

Ləns Stroll: “Bizim üçün çətin həftəsonudur. Balansı tapmağa çalışsaq da, sürətli döngələrdə rəqiblərimizdən çox geridəyik. Amma yarış tempində sürətimiz bizi ruhlandırır və ümid verir. Bu gün bizim üçün çətin keçsə də, sabah əla ola bilər”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*