L.Stroll Sirotkini qabaqladığı üçün sevinir

Williams komandasının sürücüsü Ləns Stroll yarışı komanda yoldaşı Sirotkinin önündə bitirdiyi üçün sevinclidir.

F-1.az xatırladır ki, kanadalı sürücü yarışı 16-cı yerdə bitirib. Debütant Sirotkin isə 17-ci olub.

Ləns Stroll: “Yarışı axırıncı yerdə bitirsək də, mübarizədən razıyam. Yaxşı startla 5 pillə yüksəldim və buna görə sevinə bilərəm. Qrojanla mübarizə apardığım üçün qanadım zədələndi və erkən pitə girərək geriyə düşdüm. Pit-stopda 10 saniyə itirdim, çünki ön qanadım dəyişdirildi. Bütün çətinliklərə baxmayaraq, yarışı komanda yoldaşımın önündə bitirmək sevindiricidir. Ümid edirəm ki, Çində daha yaxşı performans göstərərik. Çox iş görməliyik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*