L.Stroll: “Sıralanma turunda güclənməliyəm”

Williams komandasının sürücüsü Ləns Stroll bildirib ki, yarış tempində özünü bir az yaxşı hiss etsə də, sıralanma turunda sürətlənməyə ehtiyacı var.

F-1.az xatırladır ki, kanadalı sürücü bu mövsüm sıralanma turunda komanda yoldaşı Massadan çox geridə qalmışdı. 19 yaşlı sürücü yarış tempində braziliyalı sürücü ilə eyni tempdə gedə bilirdi.

Ləns Stroll: “Sıralanma turunda zəifəm və özümü təkmilləşdirməliyəm. Bəzən bəxtim gətirdi. Bəzən də Suzukada olduğu kimi qırmızı bayraqlara görə uduzdum. Sıralanma turunda yaxşı nəticə almaq çox vacibdir. İlin əvvəlindən etibarən çox şey öyrəndim. Komandadakılar da mənə çox kömək edirlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*