F-1.az xatırladır ki, kanadalı sürücü Çində sıralanma turunda 18-ci olaraq, növbəti dəfə komanda yoldaşından geridə qalıb.
Ləns Stroll: “Sıralanma turu asan keçmədi. Hər iki bolidlə birinci sessiyada mübarizəni dayandırdıq. Nəticədən narazıyam və həftəsonu qarışıq başladı. Sazlanma tapa bilmədim. Ancaq rəqiblərimizə yaxınlaşmışıq və bu, yaxşı haldır. Avstraliyadan yaxşı vəziyyətdə olmasaq da, Bəhreynə nisbətən yaxşıyıq. Yarışda hər şey mümkündür”.