F-1.az xatırladır ki, kanadalı sürücü yarışdan 12 gün əvvəl velosiped qəzası keçirmiş və qolunu sındırmışdı. Daha sonra isə əməliyyat olunmuşdu. Buna baxmayaraq, o yenə də Bəhreyndə yarışıb və 6-cı olaraq, komandasına 8 xal qazandırıb.
Ləns Stroll: “Rassellə mübarizədə biləklərim yanırdı və gözlərim yaşarmışdı. Əsas odur ki, ikimiz də trasda qaldıq və yaxşı yarışdıq. Ağrını kənaraq qoysaq, əyləncəli idi. Yaxşı nəticə üçün sona qədər mübarizə apardıq.
Son iki həftəni nəzərə alsaq, 10 gün əvvəl gəzə bilmirdik və hər iki əlim pis vəziyyətdə idi. Buna görə də bu xalları qazanmaq inanılmazdır və mövsümə əla başladım”.