L.Stroll qış testlərini buraxacaq

Kanadalı sürücü İspaniyada velosiped sürərkən qəza edib və yüngül xəsarətlər alıb. Buna görə də, mövsümöncəsi testlərdə iştirak etməyəcək.

F-1.az xəbər verir ki, Ləns tezliklə sağalmalıdır. Onun sükan arxasına qayıtma imkanları gündəlik qiymətləndiriləcək və yeniliklər də Bəhreyn Qran Prisi öncəsi təqdim ediləcək. Aston Martin-də hər kəs gənc sürücünün tezliklə sağalmağını arzulayır.

Ləns Stroll: “Mövsümə hazırlıq zamanı velosiped sürərkən qəza baş verdi. Mən mümkün qədər tez sükan arxasına qayıtmaq istəyirəm və komanda ilə qarşıdan gələn mövsümü səbirsizliklə gözləyirəm. Bu uğursuzluqdan sonra mümkün qədər tez sağalmaq üçün motivasiyam var”.

Onun yeni komanda yoldaşı Fernando Alonso da 2021-ci il mövsümü başlamazdan əvvəl İspaniyada velosiped sürərkən qəza keçirmiş, əməliyyat olumuş və yeni maşının təqdimatını qaçırmışdı. Lakin qış testlərinin startına qədər sağalmışdı.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*