L.Stroll qəzadan dərs çıxarmır?

Williams komandasının gənc sürücüsü karyerasındakı ilk sıralanma turunda 19-cu olsa da sakitliyini qoruyur.

F-1.az xatırladır ki, 18 yaşlı sürücü son sərbəst yürüşlərdə baryerlərə sürtərək, asılqanlarını zədələyib və buna görə də sıralanma turunda istədiyi kimi dövrələr ata bilməyib.

Kanadalı sürücünün bolidində ötürmələr qutusu dəyişdirildiyi üçün yarışın startında 5 yer itirəcək.

Ləns Stroll: “Əvvəlcə mexaniklərimə təşəkkür etmək istəyirəm. Bolidi qısa müddətdə təmir edib məni yenidən trasa yola sala bildilər. Amma mənim üçün məyusedici gün oldu. Burada yaxşı nəticə gözləyirdim. Hamı nəticələrini yaxşılaşdıranda biz geridə qaldıq.

Bu istəmədiyimiz nəticə olsa da, sakit olmalıyıq, çünki əsas bazar günüdür. Bolidin yaxşı potensialı var. Növbədə 19 yarış var. Səhv etdikcə sakitliyimi pozsam, uğursuz olaram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*