F-1.az xatırladır ki, kanadalı sürücü yarışa səkkizinci yerdən başlasa da, pitə girməyib və qırmızı bayraq vaxtı təkər dəyişdiyi üçün üstünlük qazanıb. O anda Həmiltondan sonra ikinci Stroll yarışı qazanmaq üçn əsas favorit idi, amma gənc pilot əvvəlcə Qasliyə, sonra isə Saynsa keçilib və üçüncü yerlə razılaşıb.
Ləns Stroll: “Üçüncü yerdən razıyam. Son podiumumdan bir neçə il keçib. Buna görə də özümü yaxşı hiss edirəm.
Yarış isə çox dəlisov idi. Pyerə görə sevinirəm. Buna layiq idi. Yaxşı start aldı və yarış ərzində stabil sürdü. Onu buraxmaq mənim səhvim idi. Startda ilişmə az olduğu üçün bolid sürüşdü və hamı məni ötüb getdi. İlk dövrələrdə Karlosla mübarizə apardım və xarici trayektoriyadan keçdim. Lakin daha sonra məni yenidən qabaqladı. Üçüncü yerə görə razı olsam da, qələbəni əldən verdik”.