F-1.az xatırladır ki, kanadalı sürücü Saxirdə üçüncü olaraq bu il ikinci dəfə fəxri kürsüyə yüksəlib. Amma 22 yaşlı pilot pitdən çıxdıqdan sonra etdiyi səhvlərə görə əvvəlcə Okonu, sonra da Peresi önə buraxıb.
Ləns Stroll: “Qazana bilərdim və buna görə məyusam. Pitdən çıxdıqdan sonra bolidi yolda saxlaya bilmədim və Esteban məni keçdi. Orada tempim yox idi. Daha sonra təkərlərimi kilidlədim və Serxio da məni keçdi. Daha sonra isə Estebanı keçmək üçün tempim yox idi. Lakin bu nəticə komanda üçün gözəl oldu. İnanılmaz nəticədir. Çempionatdakı vəziyyətimizə görə bu xallar çox vacib idi”.