F-1.az xatırladır ki, kanadalı sürücü yarışın sonlarında quru təkərlərə keçən ilk sürücü idi və buna görə də rəqibləri pitə girdikdən sonra liderliyə yüksəlib və yarışı dördüncü yerdə bitirib.
Ləns Stroll: “Tras yaş olanda səkkizinci döngədə səhv etdim və yaşıl boyalı sahəyə çıxdım. Buna görö də Daniil məni qabaqladı. Bu yaşanmasa, podium qazana bilərdim. Lakin indi belə danışmaq asandır. Dördüncü yerdən razıyam”.