L.Stroll podiuma yüksəlmək istəyir

Racing Point komandasının sürücüsü Ləns Stroll bildirib ki, Williams komandasından ayrıldığı üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, kanadalı sürücü 2017-ci ildə Williams komandası ilə Formula1-də debüt etmiş və Bakıda podiuma yüksələrək, debüt ilində podiuma çıxan ən gənc sürücü statusunu qazanmışdı. Lakin Lourens Stroll keçən il Force İndia-nı aldıqdan sonra oğlunu öz komandasına gətirib.

Ləns Stroll: “Hazırda xoşbəxtəm. Lakin keçəniki vəziyyəti yenidən yaşamaq istəmirəm. Heç bir mövsüm 2018-ci ildən pis ola bilməz. Burada hamı çox istəklidir. Burada uğurlu illər keçirmək istəyirəm. 2017-ci ildə Bakıda podiuma yüksəldim. Keçən il belə nəticə üçün darıxdım. Hazırda resurslarımız var və bu il də podiuma yüksəlmək istəyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*