F-1.az xatırladır ki, 18 yaşlı debütant Monakoda ikinci sərbəst yürüşlərdə 3-cü döngənin çıxışında qəza edib.
Ləns Stroll: “Bu trası çox sevirəm. Boliddə özümü yaxşı hiss edirdim, lakin daha sonra etdiyim qəzaya görə sessiyanı vaxtından əvvəl bitirdim. Şəhər tipli traslarda ən klassik səhvlərdən birini etdim və buna görə də məyusam. Ümumilikdə isə günü dəyərləndirdikdə xoşbəxt olduğumu deyə bilərəm. Səkkizinci və son döngədə özümü təkmilləşdirməliyəm. Playstation oynayanda da eyni yerlərdə çətinlik çəkirəm. Təkərlərə yaxşı nəzarət etdik və buna görə də eyni dəstlərlə çoxlu dövrələr vura bildik. Şənbə günü daha güclü olmaq istəyirik”.