F-1.az xatırladır ki, meksikalı sürücü bu il sıralanma turlarında Strollu 13-1 məğlub edir. Peres 27 xal yığdığı halda, Stroll 19 xal toplayıb.
Ləns Stroll: “O, yaxşı sürücüdür və illərdir ki, komanda üçün çoxlu xallar qazanıb. Fürsətlərdən istifadə edən pilotdur. Bu, gələcəyimiz üçün yaxşıdır. səkkiz dəfə podiuma yüksəlib. Həmişə işini yaxşı görən adamla bir yerdə olmaq istəyərsiniz və Peres də elədir. Məni məcbur edir ki, bütün potensialımı ortaya qoyum və beləliklə, daha da güclənirəm və əylənirəm. Rəqabət budur”.
L.Stroll: “Peresə görə güclənirəm”
Racing Point komandasının sürücüsü Ləns Stroll bildirib ki, komanda yoldaşı olan Serxio Peresə görə inkişaf edir.